“Pəncə-2” əməliyyatında PKK-ya daha bir zərbə

Baxış sayı:
6670

“Pəncə-2” Hərəkatı ilə koordinasiyalı olaraq İraqın şimalındakı Metina bölgəsinə təşkil edilən hava hərəkatında 8 terrorçu məhv edilib. Türkiyənin Milli Müdafiə Nazirliyinin Twitter hesabından edilən açıqlamaya görə, “Pəncə-2” Hərəkatı ilə koordinasiyalı olaraq İraqın şimalındakı Metina bölgəsinə hava hərəkatı təşkil edilib. Hava hərəkatıyla terror təşkilatı PKK tərəfindən silah mövqeləri, mağara və sığınacaq olaraq istifadə edilən hədəflər vurulub, 8 terrorçu təsirsiz hala gətirilib. Müxalifət.az