Plan çökdü, BƏƏ RƏHBRƏLİYİ GERİ ÇƏKİLDİ

Baxış sayı:
5143

Somali Daxili Təhlükəsizlik Nazirliyinin, 8 apreldə Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) gələn təyyarədə 9,6 milyon dollar nağd pulun ələ keçirildiyini bildirməsi ilə başlayan böhranda BƏƏ rəhbərliyi geri çəkildi.
 
Dövlət xəbər agentliyi “WAM”, BƏƏ-nin Somalili əsgərlərə təlim vermək üçün 2014-cü ildə Somalidə başladığı hərbi təhsil proqramına xitam qərarı verdiyini bildirib. BƏƏ rəsmiləri, Somali hökumətinin əl qoyduğu pulun Somalinin yarı muxtar bölgəsi Putlandda təlim edilən əsgərlərin maaşlarını ödəmək üçün göndərildiyini iddia edib. Ancaq Somali rəsmiləri gələn pulun əsgərlərə veriləcək ödəmədən daha çox olduğunu açıqlamışdı. Somali Daxili Təhlükəsizlik Nazirliyi, pulun Somalidə kimə və hara çatdırılmaq üzrə yetirildiyinin araşdırıldığı qeyd edilmişdi.
Somali hökuməti də BƏƏ ilə bağlanan hərbi müqaviləyə baxmayaraq, bundan sonra Somali ordusunda əsgərlərin maaşlarını və təlimini özünün verəcəyini bildirmişdi. BƏƏ-nin Somalilandda inşa etdiyi hərbi baza ilə bölgənin Somalidən qopması üçün zəmin yaratdığından şübhələnirlər.

Müxalifət.az