PKK-ya ŞOK! Talaldan sonra Hüsam da qaçdı!

Baxış sayı:
4117

Muxalifət.az xəbər verir ki, PKK terror təşkilatının Suriyadakı qolu YPG-nin əsasını təşkil elədiyi SDQ-nin mətbuat katibi Talal Silonun Türkiyəyə sığınmasının ardından, Suriya ordusunun keçmiş zabiti general Hüsan əl Avak da təşkilatdan ayrılıb. 
Suriya Demokratik Qüvvələrinin mühüm şəxslərindən olan Hüsam əl Avakın iki həftə bundan əvvəl təşkilatdan ayrıldığı bəlli olub. Talal Silo ilə Avakdan savayı, ötən günlərdə Deyr əz-Zordakı Ərəb Bakkara batalyonları da təşkilatdan çıxdıqlarını bildirmişdilər. Lakin təşkilatı bu ayrılığın əleyhinə olduğu üçün silahlı toqquşma baş vermişdi. Bakkara batalyonlarının 4 nəfər ərəb üzvü YPG tərəfindən girov götürülmüşdü.
 
Kəşfiyyat rəhbəri olub
 
Keçmişdə Suriya Hava Qüvvələrinin kəşfiyyat şöbəsinin müdiri olmuş general Hüsam əl Avak “əxlaqsız davranışları” səbəbi ilə ordudan uzaqlaşdırılmışdı. Avak isə müxalifətdə olduğu üçün qovulduğunu bəyan eləmişdi. Bir müddət sonra Suriyadakı vətəndaş müharibəsində Azad Suriya Ordusu sıralarına qoşulan Avak müqavimət hərəkatına güclü dəstək vermədiyi və vaxtının çoxunu Misirin paytaxtı Qahirədə keçirdiyi üçün müxalifətçilər tərəfindən tənqid edilirdi.
 
ASO-dan qaçdı
 
Hüsam əl Avak bir müddət sonra Türkiyə ilə İŞİD arasında neft ticarəti aparıldığını iddia elədi və əlində sənədlər olduğunu, bu sənədləri bəyan edəcəyini dedi. Lakin iddia elədiyi sənədlər aşkara çıxması. Türkiyəni ittiham edən açıqlamalarda baş rolda olan general Avak 2016-cı illərdə ASO sıralarından qaçaraq SDQ-yə qoşulub. Təşkilata daxil olandan sonrakı açıqlamalarında da daim Türkiyəyə qarşı ittihamlar səsləndirib. SDQ-yə qoşulduqdan təqribən 1 il sonra isə general Avak qaçaraq terror təşkilatından da ayrıldı./Hurriyyet.org