PKK-ya 10 GÜN VAXT VERİLDİ: SONRA..

Baxış sayı:
5674

Bağdad rəhbərliyi, PKK terrorçularının Sincardan çıxarılması üçün hərəkətə keçib. Mosul Rayon Məclisi terrorçuları son dəfə xəbərdarlıq edib.
 
Terror təşkilatı PKK-nın Suriyadakı çıxıntılarına ağır zərbələr vuran Türkiyə, İraq torpaqlarında yuvalanan terrorçuları məhv etmək üçün də hərəkətə keçib.
 
İRAQ QALXANI HƏRƏKATI
 
İraq ilə Türkiyə son dövrdə aparılan danışıqlarda terror təşkilatına qarşı birgə əməliyyatı müzakirə edib.
Bu danışıqlardan sonra Mosul Rayon Məclisi, terror təşkilatı PKK-ya Şengaldan çıxmaq üçün son xəbərdarlığını edib.
 
10 GÜN ƏRZİNDƏ TƏRK EDİN
 
PKK-nın 10 gün içərisində Şengali tərk etməsini istəyən Mosul Rayon Məclisinin sədri Bəşər Kikii, qərarı Bağdad rəhbərliyinin də dəstəklədiyini bildirib.
Kiki, bölgədə sülh və əmin-amanlıq şəraitinin təmin olunması üçün bu qərarın həyata keçirilməsi lazım olduğunu qeyd edib.
 
TOQQUŞMA EHTİMALI
 
PKK-lı terrorçular Şengali tərk etmədiyi təqdirdə regionda münaqişə baş verə bilər.
Müxalifət.az