PKK terrorçuları itkilərini necə gizlədir...

Müxalifət.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, terrorçuların çoxsaylı itki verdiklərinin anlaşılmaması üçün cəsədləri götürüb başqa yerlərdə basdırdıqları fotoşəkillərlə sübut olundu.
 
Son 3 ildə bölgədəki meşə sahədə onlarla terrorçunun basdırıldığı müəyyən edilib.
Son 1 ayda aralarında təşkilatın sözdə lider heyətində yer alanların da olduğu 112 terrorçunun zərərsizləşdirilməsi ilə təlaşa qapılan PKK, çoxsaylı itki verdiklərinin anlaşılmaması üçün münaqişə bölgələrindən yaralılarını və ölülərini qaçırıb çöl sahədə basdırır.
 Təşkilatın, xüsusən sözdə Dərsim Əyaləti adlandırdığı Tuncelinin Ovacıq, Aliboğazı və Munzur Vadisindəki döyüşlərdə ölən terrorçuları, hadisə yerindən çıxardıb meşə sahədə basdırdığı xüsusi xidmət orqanları tərəfindən hazırlanan hesabatdakı fotolarla da sübut olunub.


Müxalifət.az