PKK terrorçuları bir-birinə düşdü

Baxış sayı:
5704

Amanoslarda çöküş yaşayan PKK-lı terrorçular bir birini qırmağa başlayıb. PKK-nın Amanos üzrə məsulu onu tənqid edən PKK terrorçubaşına "Ratsiyadan səs-küy edirsən. Ürəyin varsa, sən çıx Türk əsgərinin qarşısına" deyib.
 
PKK-nın Suriyadan keçiş üçün istifadə etdiyi Amanoslarda son 18 ayda aralarında sahənin məsulu Seyithan Sinet-in də olduğu 59 terrorçu məhv edilib. Verilən bu ağır itkilər isə təşkilatın Kandildəki terrorçubaşları ilə bölgədəki digər terrorçular arasına nifaq salıb.
30 apreldə Hatay vilayətinin Dəvə Hayması bölgəsində 5 terrorçunun məhv edilməsindən sonra təşkilatın Kandildəki əsas ana rabitə mərkəzi olan “Rojhat” ilə təşkilatın sözdə "Cənub-qərb Toroslar Əyaləti" deyə adlandırdığı Amanoslar sahəsi üzrə məsulu olan və ratsiyada “Toros”  kodunu istifadə edən Bedirhan kod adlı İbrahim Şengül və “Rezzen” danışıq kodunu istifadə edən təşkilatın Türkiyə üzrə məsulu Bawer Dərsim kod adlı Süleyman Şahin arasındakı danışma bu nifaqın nə qədər dərin olduğunu ortaya çıxarıb:
 Toros: Şevger Tolhindan komandir və yanındakı 4 yoldaşla əlaqəmiz kəsilmişdir. Ərzaq təmini üçün çıxdıqlarını bildirmişdilər. Düşmən hücumuna uğradıqları qətidir.
 Rezzen: Toros, Toros. Eşidirsən məni, ey şərəfsiz alçaq. Axmaq hərif. Sən niyə gəbərmədin ey, sən də gəbər. İt adam. Səndən çoban iti belə olmaz. Etdiyiniz səhvlər üzündən bitdik, bitdik. Düşmən (Türk əsgərini qəsd edir) sahələri boş buraxmır.
 Toros: Səsin bərk çıxır, aydındır ki, Kandildə, Suriyada yaxşı kökəlmisən. Yoldaşlar aclıqdan pərişandır. Alçaq adam. Yoldaşlar bir dilim çörək tapmaq üçün getdilər.
 Rezzen: Heyvan hərif. Düşmənə kəşfiyyat məlumatı verməmək üçün lazım olsa, günlərlə aclığı, gözə almayan, gizliliyini mühafizə edə bilməyən, tək güllə atmadan gəbərəndən partizan olmaz. Eləcə kəndə gedib, çörək istəmək olmaz.
 Toros: Nitq söyləmə mənə. Ürəyin varsa, kişisənsə, sən çıx əsgərin qarşısına. Ratsiyadan səs-küy edirsiniz, amma ayağınızı çölə belə atmırsınız.
 Rezzen: Bunun hesabını səndən soruşacağam.
 Toros: Ürəyin varsa, gəl bura sor.
Müxalifət.az