PKK terrorçubaşından Əkrəm İmamoğluna dəstək çağırışı

Baxış sayı:
13072

Terror təşkilatı PKK-nın terrorçubaşlarından olan Duran Kalkan 23 iyun İstanbul seçkiləri üçün CHP namizədi Əkrəm İmamoğluna dəstək verərək "AK Partiya-MHP ittifaqını məğlub etmək üçün mübarizə etmək lazımdır" deyib. CHP-nin mövqeyinin əhəmiyyətli olduğunu, CHP və müttəfiqlərinin möhkəm dayanması lazım olduğunu dilə gətirən terrorçubaşı Kalkan, sözlərinə belə davam edib: "AK PARTİYA VƏ MHP MƏĞLUBİYYƏTƏ UĞRADILMALIDIR" "İstanbul seçkilərinə yönəlik CHP-nin mövqeyi və duruşu əhəmiyyətlidir. Hər cür hiyləyə qarşı, təşkilatlı olmaq, seçki qutularını qorumaq lazımdır. Həqiqətən də dayanıqlılıqla İstanbulda AK Partiya-MHP ittifaqını məğlubiyyətə uğratmaq üçün mübarizə etmək lazımdır”. "ƏKRƏM İMAMOĞLUNU DƏSTƏKLƏMƏLİYİK" Əgər CHP dik dayansa, möhkəm dayansa, məncə AK Partiya -MHP ittifaqı 40 faiz belə səs ala bilməz. Yəni 31 martda aldığı səslərin üçdə birini, dörddə birini itirə bilər. Əkrəm İmamoğlu, ‘demokratiya mübarizəsi aparacağam' deyir, söylədiklərini edər və o təməldə getsə, 60 faiz səs ala bilər. O baxımdan əhəmiyyətlidir. Bir də hər kəs söyləyir, özləri də ifadə edirlər, 31 mart yerli seçkiləri üçün "bu bir seçki deyil, referendumdur, ümumi siyasi rəhbərliyi təyin edəcək" dedilər. İndi 31 mart seçkisi gəlib İstanbulda düyünlənildi, İstanbul seçkisi yalnız İstanbul Böyükşəhər Bələdiyyə sədrini müəyyən etməyəcək, Türkiyəni bundan sonra kim idarə edəcək, onu da müəyyən edəcək". Müxalifət.az