PKK terrorçubaşından ABŞ-a “Türkiyə” gileyi

Baxış sayı:
2758

İmperiya güclərinin söz sahibi olmaq üçün bölgəni qan gölünə döndərməsinə baxmayaraq, Türkiyə diplomatik yollarla Suriyada təhlükəsiz zona yaradılmasını təmin etdi. Terror təşkilatı PKK-nın terrorçubaşlarından Mustafa Karasu, özlərinin ən böyük himayədarı ABŞ-a, Türkiyə mövzusunda gileylənib.
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin arasında aparılan danışıqlar Suriyada yeni bir qətliamın qarşısının alınmasını təmin etdi.
 
İdlibdə vətəndaş qırğınının qarşısı alındı
 
Amerika tərəfindən kənardan müşahidə edilən danışıqlar çərçivəsində İdlibdə baş verəcək qırğının qarşısı alındı.
İdlib razılığı ilə birlikdə terror təşkilatı PKK-nın Suriyadakı çıxıntılarının da bütün planları pozulmuş oldu.
 
ABŞ Prezidenti təşəkkür edib
 
ABŞ prezidenti Donald Tramp, prezident Ərdoğanın bu məsələdə qətiyyətinə diqqət çəkərək Türkiyəyə təşəkkür edib. ABŞ-ın Suriyada bəslədiyi terrorçular isə bu siyasətdən olduqca narahat olub.
Belə ki, terror təşkilatının Qəndildə gizlənən terrorçubaşlarından Mustafa Karasu, Suriyada Türkiyənin istədiklərinin edilməməsi lazım olduğunu söyləyib.
Bütün planlarına zərbə endirilən təşkilatın terrorçubaşı, “Amerika, Suriyada Türkiyəyə rol verməklə səhv edir. İdlib məsələsində ABŞ-ın Türkiyəyə dəstək verməsi, pis nəticələr doğuracaq" deyə əndişəsini ortaya qoyub.
Müxalifət.az