PKK. Süleyman Şahın məzarını TERROR DÜŞƏRGƏSİNƏ ÇEVİRDİLƏR

Baxış sayı:
6808

Suriyanın Rakka şəhərində yerləşən Caber Qalası, ABŞ-ın himayəsi ilə rayonu işğal edən PKK terror təşkilatının düşərgəsinə çevrilib. 1921-ci il Ankara Sazişi çərçivəsində Türkiyə torpağı kimi qəbul edilən Caber Qalası, eyni zamanda 9 əsr boyunca Süleyman Şahın məzarının yerləşdiyi yer olma xüsusiyyəti daşıyır. Buranı 2018 ilin yayında əvvəl qərargaha çevirən PKK, sonra Caber Qalasını təlim mərkəzi halına gətirib.
 
Azad Suriya Ordusu (ASO) tərkibində vuruşan Türkmən komandirlərdən Zəkəriyyə Qarslı, Tabka bölgəsində yerləşən qalanın Afrini itirincə, ona qarşılıq və misilləmə olaraq istifadə edildiyini söyləyib. “Yeni Şəfəq” qəzetinə açıqlama verən Qarslı, Afrin-Meydanki bölgəsində qurulan sözdə PKK Xüsusi Qüvvələri (HAT) birliklərinə indi Caber Qalasında təlimlər verildiyini qeyd edib. Afrinə bağlı Meydankidə 2015-ci ildə qurulan sözdə xüsusi əməliyyat birliyi HAT, “Zeytun Budağı” Hərəkatında heç bir dirəniş göstərə bilmədi və bölgədən arxasına baxmadan qaçdı. Təlim və təhcizatı tamamilə Qərb təlimçilər tərəfindən qarşılanan HAT-çı terrorçuların Afrində nümayiş etdirdiyi qorxaq mövqe və qaçış, təşkilat içərisində də böyük tənqid mövzusu olmuşdu.
 
QALANI TALAYIRLAR
 
ASO komandiri Qarslı, PKK tərəfindən düşərgəyə çevirilən Caber Qalasının yaxınlığındakı Mahmudlu və Cerniyyə kənd sakinlərinin, ətrafdakı üzü maskalı terrorçulardan böyük narahatlıq duyduğunu ifadə edib. Qarslı, PKK-nın qalaya ilk girdiyi vaxt içərisində hər yeri qazdığını və oradakı tarixi tapıntıları taladığını deyib. Terrorçuların qala içərisində video və foto çəkməsinə təşkilat tərəfindən yasaq gətirildiyi bildirilir. Ancaq bəzi PKK-lı, qadağaya baxmayaraq qala içərisində təlim aldıqlarını göstərən görüntülər sosial şəbəkələrdə paylaşır.
 
ORANI MÜTLƏQ TƏMİZLƏYƏCƏYİK
 
Münbiç əsilli Türkmənlərdən Zəkəriyyə Qarslı, PKK-nın işğal altında saxladığı Süleyman Şahın iki qədim istirahatgahının eynilə Afrin kimi, terrordan mütləq təmizlənəcəyini vurğulayıb. Qarslı, "Karakozak və Caber Qalasından bu terrorçuların gömüləcəyi gün uzaq deyil" deyib. Süleyman Şahın türbəsinin Türkmənlər üçün böyük əhəmiyyət daşıdığına toxunan Qarslı, "PKK qəsdən Süleyman Şahın məkanı üzərindən təhrik və təcavüzlər edir" deyə söyləyib. Fərat çayı sahilindəki Caber Qalasında Türkiyə tərəfindən qala girişində inşa edilən bir məntəqə binası da yerləşir.
Müxalifət.az