PKK-Əsəd İTTİFAQI ÇÖKDÜ

Baxış sayı:
5314

Terror təşkilatı PYD-nin Əsəd rejiminin istəklərini yerinə yetirməyincə anlaşmanın pozulduğu qeyd olunub
 
Məlumata görə, cümə günü rejim ilə 14-cü görüşünü həyata keçirən terror təşkilatı PYD-nin Əsəd rejiminə bağlı hərbi birliklərin Afrinə yerləşməsi üçün 3 saatlıq bir görüş həyata keçirib.
Bölgədəki yerli mənbələrdən alınan məlumata görə, mühüm dövlət binalarının da içində yer aldığı 52 nöqtəni PYD-dən istəyən rejimə əvvəl müsbət cavab verən terror təşkilatı, axşam saatlarında masada verdiyi sözlərin əksinə, yalnız 12 nöqtəni verə biləcəklərini bildiriblər. Məhz buna görə də anlaşmanın pozulduğu və rejimin sərt reaksiya göstərdiyi qeyd olunub.
Terror təşkilatı PYD-nin rejim ilə keçirilən görüşlərdən sonra dünən səhər saatlarında Münbiçdə həyata keçirdiyi toplantıdan sonra verdiyi sözlərdən imtina etdiyi bildirilir. Münbiçdəki toplantıda ABŞ hərbçi və məsləhətçilərin də iştirak etdiyini düşünsək, bu işə elə Amerikanın əngəl olduğunu demək olar.
Müxalifət.az