PKK-nın YENİ XƏNDƏK PLANI

Baxış sayı:
2695

Suriyada PKK/YPG-dən qaçıb, Türkiyənin Kilis təhlükəsizlik qüvvələrinə təslim olan 3 qadın ABŞ və İngiltərənin terror təşkilatıyla əməkdaşlığından danışıb.
 
Terror təşkilatı PKK-nın Suriyadakı davamı YPG-dən qaçaraq Türkiyəyə sığınan üç qadın, təşkilatın nəzarətindəki bölgələrdə Qərb ölkələrinin hərbi düşərgələri olduğunu etiraf edib.
 
YPG PALTARI GEYİNİRLƏR
 
Qadınlar ifadəsində Suriyanın Hasəkə bölgəsində yerləşən və təşkilatın "Cizire kantonu" - deyə adlandırılan bölgədə fəaliyyət göstərdiklərini bildiriblər: "Cizire kantonu”nda Amerika və Britaniya əsgərlərinin düşərgələri var. Onlar da bizim kimi YPG paltarı geyinirlər. Cizirede yerləşən batalyonda başqa xarici əsgərlər də var. Bundan başqa, burada TİKKO və digər sol qrupların "Hərəkətli Beynəlmiləlçilər” adlı batalyonları var. Bunlar da təlim və yaşamda sərbəstdirlər, ancaq döyüş anında bizimlə birgə hərəkət edirlər".
 
YENİ XƏNDƏK PLANI
 
İfadələrində PKK-nın Türkiyə ilə bağlı ikinci bir "xəndək əməliyyatı" planlaşdırdığını iddia edən qadınlar, bunları etiraf ediblər: "Cizre kantonu”nda olarkən edilən təşkilat daxili dəyərləndirmə və təlimat müşavirələrində Türkiyədəki YPS-nin, İstanbul, Ankara və İzmir kimi böyük şəhərlərdə gizli təşkilatlandıqlarını, silah və sursat topladıqlarını, Türkiyənin heç gözləmədiyi bir zamanda yeni bir xəndək döyüşü başlayaraq qəti nəticə əldə edəcəklərini, əvvəlkindən fərqli olaraq daha çox kütlənin hərəkətə gətiriləcəyi barədə söhbətlərin olduğundan bəhs edilirdi. Məqsədlərinin Türkiyəni də Suriya kimi ələ keçirib, müharibə ölkəsi halına gətirib, müstəqil bir dövlət qurmaq olduğu danışılırdı. Bunun üçün yeni hazırlıqlara başlanıb. Amerika bizə bu yöndə hər şəkildə, istər hərbi, istər hərbi texnika, istərsə maddi-texniki dəstək verir".

Müxalifət.az