PKK-nın yeni strategiyası: İnsanları aclıqla imtahana çəkirlər

Baxış sayı:
8056

Suriyada Əsəd hakimiyyəti və PKK terror təşkilatının təxribatları nəticəsində 103 min əkimlşi sahə yandırılaraq kül olub. İdlib, Hama çölü, Haseke, Deyrizor, Rakka və Münbiç bölgələrində biçim vaxı yandırılan ərazilər səbəbiylə torpağı becərənlər 60 milyard Suriya lirəsi (təxminən 100 milyon dollar) zərərə uğrayıb.
 
İki aylıq zaman çərivəsində Əsəd rejimi havadan bombardmanla 43 min hektar əkilmiş sahəni yandırarkən, PKK də 60 min hektar məhsuldar sahəni yandırıb. İdlib Yerli Məclisi tərəfindən hazırlanan zərər hesabatında, arpa və buğda tarlaları ilə yanaşı, zeytun, fıstıq, qarğıdalı, kimyon və mərcimək tarlalarının da böyük nisbətdə yandırıldığı ifadə edilib.
 
ƏKİLMİŞ SAHƏ QALMADI
 
İdlib Yerli Məclisinin spikeri Səlim Hudur yandırılmalara dair bu məlumatları verib: "Suriyanın taxıl anbarı olaraq bilinən Sahlel Gab məntəqəsində əkilmiş taxılın 70 faizi yandırıldı. Yalnız İdlib və Hama çölündə təsbit edilən maddi zərər 2.5 milyard Suriya Lirəsidir. Maaret əl Numan, Kefer Secne, Ker Saah, Xas, Maar Zeyta, Maaret Harme, Şeyx Mustafa, Əl Nakıyr, Termila, Xan Şeyxin, Heyş, Temenia, Morek, Kefer Zeyta və Latamnia başda olmaqla, 22 məskunlaşma yerində tarlalarımız yandırıldı. Əkili sahələrə yönəlmiş hücumlar sona çatmayıb. Bu üsul İsraildən götürülən aclıqla tərbiyə üsuludur. Sionist dövlətin Fələstinli qardaşlarımıza tətbiq etdiyi əkin yandırma zülmünü, Əsəd və PKK də məzlum insanlar üzərində tətbiq edir".
Müxalifət.az