PKK-nın çirkli oyunu ifşa oldu

Baxış sayı:
12550

Türkiyənin təhlükəsizlik gücləri tərəfindən icra edilən müvəffəqiyyətli əməliyyatlar nəticəsində küncə sıxışan qanlı PKK/KCK terror təşkilatı, təhlükəsizlik güclərinin qarşısına çıxacaq gücü qalmayınca mülki əhaliyə hücum etməyə başlayıb.
 
Bitlisin Mərkəz mahalı Yukarıölek kəndinin çöllüyündə 18 mayda axşam saatlarında odun toplamağa gedən 6 kənd insanına PKK/KCK terror təşkilatı mənsubları tərəfindən silahlarla atəş açılmış, xain hücumda Bitlis Çatan Universitetinin tələbəsi olduğu öyrənilən və təhsil ehtiyaclarını aradan qaldırmaq və ailəsinə yardım etmək məqsədiylə meşə işlərində işləyən 24 yaşındakı Davud Coşğun yaralanmışdı. Coşğun Bitlis Dövlət Xəstəxanasında edilən bütün müdaxilələrə baxmayaraq qurtarıla bilməyərək həyatını itirmişdi.
Təşkilatın mülki əhaliyə yönəlik etdiyi bu hücumu təhlükəsizlik qüvvələri tərəfindən edilən bir hərəkət kimi göstərmək istənildiyi, bu şəkildə bölgə xalqının təpkisini təhlükəsizlik güclərinə istiqamətləndirməyə çalışıldığı təsbit edilib.
Üst səviyyə təhlükəsizlik səlahiyyətliləri mülki əhaliyə yönəlik hücumlarını adi hala gətirən qanlı terror təşkilatının yeni strategiyasını insanların fərq etdiyini və təpki verdiklərini qeyd edib.
Müxalifət.az