“PKK-nı son nəfəsinə gətirdik” – Nazir Soylu

Baxış sayı:
4768

Türkiyənin daxili işlər naziri Süleyman Soylu, terror təşkilatı PKK-ya qarşı keçirilən əməliyyatlarla bağlı önəmli açıqlama verib.
 
DİN rəhbəri Süleyman Soylu, əli qanlı terror təşkilatı PKK-nın son nəfəsini verdiyini bildirib:
“İllərdir bu ölkəni etnik fərqlilikləri bəhanə edərək bölməyə çalışan PKK, demək olar ki, son nəfəsinə gəlib. Baxın, axtarılanlar siyahılarının rəngli siyahılarını əlimizə aldıq və bir-bir üstlərindən xətt çəkirik. Ötən il bu rəngli siyahılardan (terrordan axtaranlar siyahısı) 63 terrorçunu təsirsiz hala gətirmişdik. Bu ilin sonu gəlmədən 65 dənəsini övladlarımız təsirsiz hala gətirdi. Dünən Tuncelidə Kutudərəsində 10 terrorçunu daha zərərsizləşdirdik. Bunların bütün qırıntılarını süpürürük".
Müxalifət.az