PKK Münbiçdə Türk ordusuna qarşı müharibəyə hazırlaşır

Baxış sayı:
11713

 Terror təşkilatı YPG/PKK, Türkiyədən ard-arda gələn sərt bəyanatlardan sonra təşvişə düşüb və hazırlıqlara başlayıb. Terrorçular Afrində etdiyi kimi, Münbiç rayon mərkəzini də xəndəklər qazaraq əhatəyə alıb.
 
YPG/PKK, Münbiçdən çıxarılmasına yönəlik Türkiyə-ABŞ razılığı ilə, iyun ayından etibarən fəaliyyətlərini sürətləndirib. Təşkilat, bütün şəhər mərkəzini əhatəyə alan xəndək və səngər qazmasını başa çatdırıb. Xəndəklərin birləşərək yaratdığı xətt, bütövlükdə 29,3 kilometr uzunluğundadır. Təşkilat, xəndək və səngərlərin önünə torpaq bəndlər də inşa edib.


 
TERRORÇULARA ABŞ DƏSTƏYİ İLƏ TƏLİM
 
ABŞ, Afrindən qaçaraq Münbiçə gələn PKK terrorçularına təlim verir. Təlim, ABŞ-ın dəstək verdiyi sözdə SDG çətiri altında həyata keçirilir. YPG/PKK həmçinin, Münbiçin “Fərat Qalxanı” Hərəkatı bölgəsinə həmsərhəd nöqtələrə hərbi güc toplayır. Qəndildən gələn terrorçuların rəhbərliyi altında Münbiçin müdafiəsi ilə bağlı toplantılar keçirilir. İndiyə qədər "Münbiçin müdafiə edilməsi" mövzusunda 4 iclas keçirilib. Görüşlərin sonuncusu təxminən 2 həftə əvvəl, PKK rəhbər heyətindən Suriya üzrə məsul Nurəddin Sufinin rəhbərliyi altında keçirilib.
Müxalifət.az