PKK lordları! Türkiyə və Ərdoğan haqqında həqarət sözlər

Baxış sayı:
8548

Böyük Britaniya Parlamentinin yuxarı qanadı Lordlar Palatasında terrorçubaşı Abdullah Öcalanın direktivlərinin müzakirə olunduğu bir yığıncaq təşkil edilib.
 
Terrorçubaşı Öcalanın rəsmlərinin asıldığı salonda Suriya PKK-sı PYD-nin liderlərindən olan İlhan Əhməd və HDP millət vəkili Hekyar Özsoy da iştirak edib. Yığıncağın açılış nitqini edən Lord Maurice Glasman Ocalanı tərifləyən çıxışı ilə yadda qalıb. Bunun üçün HDP-li vəkil Özsoy Lord Glasmana təşəkkür edib və sonrakı çıxışında Öcalana təriflər yağdırıb. Özsoy Türkiyədən şikayət etməyi də unutmayıb: "Jurnalist və siyasətçilər həbsxanalardadır. Bundan əlavə, son illərdə bir çox kürd kəndi məhv edilmişdir. Biz, HDP olaraq müqavimətimizi davam etdiririk”.
 
Vətəndaş müharibəsi PKK-ya fürsətdir
 
Bir neçə gün öncə Vaşinqtonda ABŞ prezidenti Donald Trampdan ayaqüstü görüşdə vədlər alan PYD terrorçusu İlham Əhməd Londondakı çıxışında, 1 milyon insanın həlak olduğu Suriya vətəndaş müharibəsinin onlar üçün bir fürsət olduğunu bildirib. Terrorçubaşı Əhməd bunları deyib: "2011-ci ildə kürdlər yaxşı bir şans əldə etdilər. Ancaq bu ideyanın memarı olan hörmətli Öcalana böyük təzyiq var. Böyük bir təcrid altındadır”.
 Konfransa qatılan bəzi avropalı elm adamları isə həm Türkiyəni, həm də prezident Ərdoğanı hədəf alan həqarət dolu ifadələr işlətməkdən çəkinməyiblər.
Müxalifət.az