PKK-lılar toplu şəkil çəkdirməklə gözdağı vermək istədilər: Ağır zərbə aldılar

Baxış sayı:
11728

Terror təşkilatı PKK-nın Dersim qrupunda 73 terrorçu 4 il əvvəl  Türkiyəyə gözdağı vermək üçün toplu şəkil çəkdirib, yayınladılar. Bundan sonra terrorçulardan 66-sı müxtəlif əməliyyatlarda öldürüldü. Yerdə qalan 7 terrorçudan 5-nin Türkiyənin güc orqanlarına təslim olduğu, yalnız iki terrorçunun yaşadığı müəyyənləşdirilib.
 
Tunceli, Sivas və Qara dənizdən çəkilən və Dersim qrupu kimi formalaşan 17-si İran, İraq, Suriya əsilli olmaqla 73 terrorçu, Qəndildəki düşərgədə şouya çevirdikləri bir açıqlama edərək toplu halda şəkil çəkdirib. Qrup adına mətni isə terror təşkilatı PKK İcra Şurasının üzvü olan, Qəndildə Səlahəddin Demirtaş və Sirri Sürəyya Öndər ilə görüşən Delal kod adlı Hülya Əroğlu oxuyub. Yanında da keçmiş Dersim üzrə məsul şəxs olan Baver kod adlı Süleyman Şahin və keçmiş Botan sahəsi üzrə məsul Gülüstan kod adlı terrorçu oturub.
Aradan keçən 4 illik müddətdə Türkiyənin xüsusi xidmət orqanlarının təslim olan, ölü ələ keçirilən terrorçuların kimlik məlumatları, DNT analizləri, üz tanıma sistemi və alınan məlumatlarla apardıqları texniki işlər nəticəsində bu toplu fotoşəkildəki terrorçulardan 66-sının müxtəlif regionlarda həyata keçirilən əməliyyatlar zamanı öldürüldükləri, 2-si qadın 5 terrorçunun da təslim olduqları müəyyənləşdirilib. Daxili İşlər Nazirliyinin 4 milyon lirə pul mükafatı təyin etdiyi qırmızı kateqoriyada axtarışda olan Əroğlu, keçən il Şırnakın Bestler-Dereler bölgəsində yanındakı 15 terrorçuyla birlikdə öldürülmüşdü. Eroğlunun yanında olan Şahin ilə Gülüstan kod adlı terrorçunun isə həyatda olduğu müəyyənləşdirilib.
Müxalifət.az