PKK-lı qadın terrorçuların qan donduran ifadələri

Baxış sayı:
4240

3 ildə 967-si təşkilatdan qaçaraq təslim olan, 183-ü sağ və ya yaralı olaraq yaxalanan 1150 qadın terrorçu xüsusi xidmət orqanlarına PKK terror təşkilatının dağda həyata keçirdiyi iyrənc nizamdan bəhs ediblər.
 
Türkiyənin təhlükəsiz orqanları terrorçu qadınlarla aparılan danışıqlardan sonra hesabat hazırlayıb. Hesabatda təşkilatın qadınları necə istismar etdiyi, edam və intiharlar yer alıb.
Əldə edilən hesabatdakı ifadələr insanları dəhşətə gətirir:
 
Roj Bes (Betman): Məndən 11 yaş böyük biri ilə evlənir, 4 uşağa ana olanda dağa çıxmağı qurtuluş olaraq görmüşdüm. Dağa çıxdığımın 5-ci günü təcavüzə məruz qaldım. Təslim olan bir yoldaşımın dediklərindən təsirlənib, qayıtdım.
 
Beritan Amed (Muş): Qəndilə qədəm qoyduğum ikinci gecə təcavüzə məruz qaldım. Səhər üstümüzdəki vəzifəliyə söylədim. Gəl mənə danış baş verən hadisəni deyərək, apardığı öz sığınacağında o da mənə təcavüz etdi.
 
Gabar Rojbin (Bitlis): Ögey ana zorakılığından qaçıb, PKK-ya qoşulmuşam. 5 ildə təcavüzə qarşı çıxan 11 qadının intiharına və 8 qadının edamına şahid oldum.
 
Rozerin Betman (Diyarbəkir): Bədənimdə gördüyüm işgəncə və zorakılığın izləri var.
 
Sara Kanireş (Mardin): PKK-nın hərbi qadın qolu YJA-nın başçısı Xülya Eroğluna “Bizi seks köləsi kimi istifadə edirlər" dedim. Hamımız bu yollardan keçdik - dedi.
 
Berjin Amara (Şırnak): Qəndildə işgəncəyə qarşı çıxan Mersinli Məryəm və Maraşlı Zöhrə həmin gün güllələndi.
 
Beritan Stern (Şanlıurfa): Qəndildə Duran Qalxanın təcavüzünə məruz qaldım.
 
Dilovan Amara (Ağrı): Təşkilatda təcavüz edənlər heç bir cəza almadı.
 
HESABATDAKI STATİSTİKA
 
PKK-ya qatılan qadınların 79 faizi 15-22 yaş qrupundadır, bu qadınların 55 faizi 15-18 yaşında aldadılmaq və ya qaçırılmaq səbəbilə dağa çıxarılıb.
Dağa çıxan qadın terrorçuların 5 faizi universitet, 13 faizi litsey, 59 faizi orta məktəb və ya ibtidai məktəb məzunudur. 11 faizi isə sadəcə oxuma, yazma bilir, 12 faizi isə oxuma, yazma bilmir.
Təşkilatın aldadıb və ya qaçıraraq dağa çıxardığı qadınların 90 faizi ilk 30 gün ərzində cinsi zorakılığa məruz qalıb.
Təşkilat rəhbərləri qadınları, kişi terrorçuları terror aktlarına motivasiya etmək üçün onlardan əşya kimi istifadə edib.
Müxalifət.az