PKK İstanbul seçkilərində İmamoğlu üçün çalışacaq

Baxış sayı:
12547

Terror təşkilatı PKK-nın siyasi uzantısı HDP 23 iyunda seçkilər üçün "İstanbul İttifaqı" maskası altında CHP namizədi Əkrəm İmamoğlu adına çalışacaq. Türkiyənin Ali Seçki Şurasının (YSK) İstanbul seçkilərini yenilənmə qərarından sonra partiyalarda 23 iyun üçün hazırlıq başlayıb. 6 mayda terror təşkilatının terrorçubaşı Abdullah Öcalanın məktubundan sonra PKK-nın siyasi nümayəndəsi HDP-nin İstanbul seçkilərində necə mövqe tutacağı maraq edilirdi. Əkrəm İmamoğlu üçün səs istəyəcəklər PKK-nın siyasi qolu HDP İstanbul seçkilərinə yönəlik mövqeyini qətiləşdirib. Qurultayda aparılan müzakirələrdən sonra "İstanbul İttifaqı adı altında bir ittifaq qurularaq seçicilərdən Əkrəm İmamoğlu üçün səs tələb olunmasına qərar verilib. Bu prosesdə İstanbul millət vəkilləri ilə bəzi sədr müavinlərinin də İstanbulda qalaraq seçki işlərini koordinasiya etməsi qərara alınıb. Müxalifət.az