PKK daxilindəki edamlar çözülməni sürətləndirdi - TERROR TƏŞKİLATI BİTİRİLİR

Baxış sayı:
15187

Son illərdə terror təşkilatına qarşı aparılan uğurlu əməliyyatlar nəticəsində ağır itkilər verən PKK-da uğursuzluqlarının hesabını bir-birini kəsən terrorçular təşkilat içi edamlara başlayıb.
 
Təhlükəsizlik gücləri tərəfindən son illərdə terror təşkilatına qarşı aparılan uğurlu əməliyyatlar nəticəsində sözdə lider kadrlar başda olmaqla, ağır itkilər verən PKK-da uğursuzluqları örtmək üçün bir-birini şərləyən terrorçular təşkilat içi edamlara başlayıb.
Anadolu Agentliyinin təhlükəsizlik mənbələrindən aldığı məlumata görə, PKK daxili edamlarla terrorçubaşıları uğursuzluqları ört-basdır etməyə çalışırlar.
Son dövrdə artan təşkilat daxili edamlara 23 apreldə bir yenisi əlavə olunub. Bir terrorçu qrup içlərindəki İran əsilli Rüstəm Elemholini casus olmaqda günahlandırıb.
Günlərlə davam edən ağır işgəncələrdən sonra Elemholi digər terrorçular tərəfindən öldürülüb.
Bu məlumatın yayılması təşkilat içərisində bir müddətdir davam edən dağılma prosesini sürətləndirib.
Edam edilən terrorçularla eyni aqibəti yaşamaqdan qorxan digər terrorçuların təşkilatdan qaçaraq təhlükəsizlik qüvvələrinə sığınmağa başladığı öyrənilib.

Müxalifət.az