PKK-dan Münbiçdə təhlükəli addım

Baxış sayı:
4474

Terror təşkilatı YPG/PKK, ABŞ ilə Türkiyənin Münbiç anlaşmasına baxmayaraq, Münbiçli gəncləri zorla silah altına alır. YPG/PKK işğal etdiyi Münbiç rayonunda 18 ilə 30 yaş arasındakı kişiləri 20 avqusta qədər təşkilat sıralarına qoşulmaları barədə təhdid edib.
 
Terror təşkilatı YPG/PKK-nın Münbiç rayonundakı hərbi məclisi, ABŞ və Türkiyənin təşkilatın rayondan çıxarılması məsələsində 4 iyunda gəldiyi razılığa baxmayaraq Münbiçli gəncləri təhdid edərək zorla silah altına alır.
YPG/PKK-nın Münbiçdəki hərbi məclisinin sosial media hesablarında dünən yenidən paylaşılan 18 iyun tarixli sənəddə, yaşları 18 ilə 30 yaş arasındakı Münbiçli kişiləri bu ayın 20-nə qədər təslim olub təşkilatın döyüşçü sıralarına qoşulmaları barədə xəbərdarlıq edilib.
Təşkilat, bu müddət içərisində təslim olmayanları saxlamaq və cəzalandırmaqla təhdid edib.
Qeyd edək ki, Suriya torpaqlarının təxminən 27,7 faizini işğal edən YPG/PKK, işğal etdiyi bölgələrdə gəncləri zorla silah altına alır.
Müxalifət.az