PKK-da parçalanma: AFRİNƏ GETMƏYİ RƏDD ETDİLƏR

Baxış sayı:
5602

İraq Mosulunun Sincar rayonundakı Yezidi Peşmərgə komandirlərindən olan Şeşo, terror təşkilatı PKK ilə ona bağlı Yezidi silahlı qruplar arasında, yezidilerin Afrinə göndərilməsi məsələsində fikir ayrılığı və parçalanma meydana gəldiyini söyləyib.
 
KDP-nin Sincar üzrə məsulu Qaçaq: "Sincar idarəsi və xalqı, son üç ildir ki, PKK-nın bölgədəki varlığından ciddi şəkildə narahatdır və burada qalmasını istəmir. Yezidi xalqı başda olmaqla, Mosul rəsmiləri və Kürdüstan Regional Hökuməti PKK-nın bölgədə olmasına qarşıdır.
 
PKK SİLAH GÜCÜNƏ GƏNCLƏRİ MÜHARİBƏYƏ GÖNDƏRİR
 
Şeşo, Anadolu Agentliyinin müxbirinə verdiyi açıqlamada, PKK-nın silah gücünə Sincardaki Yezidi gənclərini başda Afrin olmaqla, Suriyadakı münaqişə regionlarına göndərilməsinə Yezidilerin ciddi təpki verdiyini, təşkilatın istədiklərinə nail olmadığını bildirib.
Sincardaki Yezidi silahlı qrupların Afrinə getməyi rədd etdiyini və təşkilata qarşı çıxdıqlarını dilə gətirən Şeşo, sözügedən silahlı qrupların PKK ilə əlaqələrini kəsəcəyini, çünki hər iki tərəf arasında ciddi çatların yarandığını deyib.
Məsud Bərzani rəhbərliyindəki Kürdüstan Demokrat Partiyasının (KDP) Sincar üzrə məsulu Qədr Qaçaq isə, PKK-nın təxirəsalınmaz şəkildə bölgədən çıxarılması lazım olduğunu bildirib.
 
PKK UCBATINDAN BÖLGƏ XALQI EVLƏRİNİ TƏRK ETMƏK MƏCBURİYYƏTİNDƏ QALIR
 
Terror təşkilatı İŞİD-dən sonra köç edən əhalinin öz evlərinə qayıtmadığına təpki göstərən Qaçaq, PKK-nın Sincardaki varlığı səbəbilə rayon xalqının  80 faizinin Duhok şəhərinə köç etdiyini qeyd edib.
PKK-nın rayonda yaşayan Yezidi vətəndaşlardan xərac yığdığını bildirən Qaçaq, təşkilatın toplanan pulları Yezidi gənclərin silahlandırılması üçün istifadə etdiyini və silahlı təlimləri başa çatan gəncləri Suriyaya və ya başqa yerə göndərdiyi məlumatını verib.
Müxalifət.az