​PKK AVROPA ÜÇÜN TƏHLÜKƏYƏ ÇEVRİLİR - Türkiyə dəfələrlə xəbərdarlıq etmişdi …

Baxış sayı:
2587

İllərlə Almaniya tərəfindən dəstəklənən PKK terror təşkilatı 14 min nəfər üzvü və 40 min tərəfdarı ilə ölkənin daxili təhlükəsizliyini təhdid eləməyə başlayıb.
Muxalifet.az hurriyyet.org-a istinadən xəbər verir ki, Başda Almaniya olmaqla, Aİ ölkələrinin himayə elədikləri PKK və FƏTÖ terror təşkilatları bu ölkələrin daxili təhlükəsizlikləri üçün də təhdid yaratmaqdadır. SETA – Siyasət, İqtisadiyyat və İctimai Araşdırmalar fondu PKK terror təşkilatının Almaniyadakı quruluşu və terror aktlarını tədqiq edib.
14 min terrorçu, 40 min tərəfdar
Almaniyanın 2016-cı il üçün Daxili Kəşfiyyat Hesabatındakı məlimata görə, Almaniyada qondarma leqal təşkilatlar adı altında fəaliyyət göstərən PKK-nın 14 min nəfər üzvü və 40 min nəfərdən artıq tərəfdarı var. Birbaşa Qəndildən əmr alan bu kadrlar, Almaniyanın səfərbərlik gücünə malik ən böyük terror təşkilatının üzvləridirlər.
Almaniya rəsmilərinin PKK ilə bağlı yazılı və şifahi açıqlamaları terror təşkilatının bu ölkədən təkcə Türkiyə, İraq və Suriyadakı silahlı hücumlar üçün geri çəkilmə, loqistik dəstək və maliyyə mərkəzi olaraq istifadə eləmədiyini, Almaniyada da çox sayda terror və zorakılıq əməliyyatları həyata keçirdiklərini də aşkara çıxarır. Berlin hökuməti PKK-nı nəzarət edilə biləcək qüvvə hesab eləsə də, terror təşkilatı həddini aşaraq, Almaniyada da ciddi bir daxili təhlükəsizlik təhdidinə çevrilib.