PKK Afrin əməliyyatına hazırlaşır: ƏLAVƏ GÜC TOPLAYIRLAR

Baxış sayı:
3061

Terror təşkilatı PYD/PKK, Türk Silahlı Qüvvələrinin Afrin üzərindəki təzyiqini azaltmaq məqsədilə Münbiçdəki ünsürləri ilə əlavə güc səfərbər etməyə başlayıb
 
Münbiçdəki etibarlı yerli mənbələrdən alınan məlumata görə, terror təşkilatı Fərat çayının qərbində yerləşən rayonda geniş ölçüdə həm təhcizat, həm də canlı qüvvə cəmləşdirir.
 
400 AVTOMOBİLLİK KONVOY
 
İçlərində ABŞ-ın verdiyi zirehli maşınların da olduğu təxminən 400 avtomaşınlıq konvoy, Münbiçin mərkəzinə gəlib. Vasitələr və daşıdıqları terrorçular daha sonra rayonun iki nöqtəsinə göndərilib.
Əlavə qüvvələr Fərat Qalxanı bölgəsinin cənub-şərq xəttinin qarşısında yer alan Arima bölgəsi ilə Livanı kəndinə ötürülüb.
 
AFRİNƏ KÖMƏK
 
Terror təşkilatı, ikinci cəmləşməni Münbiçin cənubundakı Silo bölgəsində edir. Silodakı cəmləşmənin, terror təşkilat ilə Bəşşar Əsəd rejiminin arasındakı sərhədi təşkil edən xəttə aparılması, Afrinə əlavə qüvvələrin göndərlməsi ilə bağlıdır. Çünki Münbiçin Afrin ilə birbaşa fiziki təması olmadığı üçün, terrorçuların rejim nəzarətindəki sahədən sövq edilməsi lazımdır.
Müxalifət.az