Piyadanı vurub qaçan sürücü saxlanıldı - ŞİRVANDA

Baxış sayı:
1885

Bu gün səhər saatlarında Şirvan şəhəri, Heydər Əliyev prospektində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəhər sakini Nəsibə Xəlilova yolu keçmək istəyərkən naməlum avtomobil onu vuraraq hadisə yerindən uzaqlaşıb. Qəza nəticəsində N.Xəlilova elə hadisə yerindəcə ölüb.
DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan virtualaz.org saytının yerli bürosuna verilən məlumata görə, Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini Emin Abbasov saxlanılıb.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.