“PEYKDƏN İZLƏYİRLƏR…” – Öldüyü deyilən Kim Çenlə bağlı sensasion iddia

Baxış sayı:
2680

“Şimali Koreya lideri Kim Çen Inın koronavirusa yoluxması ehtimalı istisna edilmir”.

Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, bunu Yaponiyada fəaliyyət göstərən “Asia-Press” agentliyinin rəhbəri Jiro İşimaru deyib.

İşimaru Şimali Koreya başçısının öldüyünə inanmadığını bildirib:

“Öldüyünə inanmıram, belə olsaydı, bu barədə müəyyən məlumatlar ötürülərdi. Ya özü, ya da ətrafındakı insanlar koronavirusa yoluxub. Mümkündür ki, buna görə də evdən çıxmır”.

İşimaru “Guardian” qəzetinə müsahibəsində bir neçə gün əvvəl şimali koreyalılarla danışdığını bildirib və ölkə vətəndaşlarının onun öldüyünə inanmadığını söyləyib.

İşimarunun başqa bir ehtimalı isə belədir:

“Şimali Koreya liderinin qatarı peykdən izənilir. Qatarı Vonsana göndərərək, tətilə çıxa bilər. Mümkündür ki, özünü tamam başqa bir yerdə təcrid edib. İndi hər kəsin gözü Vonsandadır. Yəni hər kəsi aldatması da düşünülə bilər”.

Şimali Koreya lider Kim Çen Inın aprelin 11-dən etibarən xalqın qarşısına çıxmaması və ayın 15-də babası Kim İr Senin doğum günü ilə əlaqədar keçirilən tədbirlərdə görünməməsi ölməsi barədə spekulyasiyalara yol açıb.