​Petrosyanın partiyası: KÖÇƏRYANI NİYƏ HƏBS ETMİRSİNİZ?

Baxış sayı:
622

İstənilən yeni hökumət öz sələflərinin bütün cinayətlərini müəyyən etməli və günahkarları sərt cəzalandırmalıdır.
Muxalifət.az xəbər verir ki, bunu “1in.am” saytına açıqlamasında Erməni Milli Konqresi Partiyasının İdarə Heyətinin üzvü Vardan Malxasyan deyib. Onun sözlərinə görə, Ermənistanda Daşnaksütyun Partiyası Serj Sərkisyanla birgə ölkəni talayıb və ona yeni hökumətdə yer verilməsi doğru deyil: 
“Yeni hökumət 1 mart cinayətinin sirlərini açmalıdır. İlk növbədə Robert Köçəryan həbs edilməlidir. Bundan qorxmaq lazım deyil. Niyə onun həbsi ilə bağlı bu qədər müəmma içərisindəsiniz? Yoxsa ruslar icazə vermir?”