Peşmərgə komandirindən Türkiyəni qəzəbləndirəcək sözlər

Baxış sayı:
4768

ABŞ Türkiyənin Fəratın şərqinə yönəlik hərəkatını əngəlləmək üçün Şimali İraqda təlim keçən Roj peşmərgələrini Suriyanın şimalına keçirmək üçün düyməyə basıb. Amerika bununla da Türkiyə ilə YPG arasında peşmərgəərdən ibarət bufer zona yaratmaq istəyir.
 
Həftənin sonunda 100 civarında peşmərgə Şimali Suriyaya keçmiş, YPG ilə görüş keçirmişdi. Bu addımdan sonra Şimali İraqdakı Suriyalı peşmərgələrin komandirlərindən Bədəl Bendi bunun davamının tezliklə gələcəyini açıqlayıb.
 
PEŞMƏRGƏ BU GÜN, YA DA SABAH GEDİR
 
Bendi, "Güclərimiz qısa müddət içərisində Suriyaya keçəcək. Bu gün və ya sabah ən qısa zamanda Suriyanın şimalına qayıdacaq" deyib.
 
TÜRKİYƏ BU VƏZİYYƏTDƏN NARAHATDIR
 
Türkiyə prosesləri yaxından izləyir. Rəsmi şəxslər, "Peşmərgənin Şimali Suriyaya gedəcəyinə dair əldə hələ dəqiq bir məlumat yoxdur, izləməkdəyik" deyir. Ankara ABŞ-ın Fəratın şərqinə qarşı hərəkatın qarşısını almağa yönəlmiş bu addımını, "Orta yol kimi təqdim olunsa da, narahat edici bir addımdır" kimi şərh edir.
 
RƏSMİ BİR ƏLAQƏ YOXDUR
 
Verilən məlumatlara görə, Ankara-Ərbil xəttində hələ bir təmas yoxdur. Referendumdan sonra Türkiyə və Ərbil münasibətləri həssas bir tarazlıqda seyr edir.
Qeyd edək ki, Suriyalı peşmərgələr 2012-ci ildə YPG-nin təzyiqi ilə Şimali İraqa keçmişdi. Orada Şimali İraq regional rəhbərliyinin təhlükəsizlik gücü peşmərgə tərəfindən təlim edilmişdi. Saylarının 7-8 min ətrafında olduğu təxmin edilir.
Müxalifət.az