Peşmərgə azərbaycanlıların partiyasına hücum etdi

Bir qrup peşmərgə Türkman Milliyətçi Hərəkat Partiyasına hücum edib.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İraq Türkman Cəbhəsinin lideri Ərşad Salehi söyləyib. O, peşmərgənin partiyanın binasının önündən keçərkən ofisi atəşə tutduğunu bildirib:
“Partiya binasında olan türkman təhlükəsizlik qüvvələri bu atəşə cavab veriblər. Nəticədə qarşıdurma böyüyüb. Atışma nəticəsində kürd dilində danışan 1 şəxs ölüb, 2 nəfər isə yaralanıb”.