Peşə Təhsili üzrə Dövlət Agentliyinə sədr təyinatı gözlənilir – Misir Mərdanovun kadrıdır…

Baxış sayı:
11674

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Fikrət Nəbiyevin Peşə Təhsili üzrə Dövlət Agentliyinə rəhbər gətiriləcəyi gözlənilir.
“AzPolitika.info”-ya verilən məlumata görə, Fikrət Nəbiyev öz yaxın ətrafı ilə söhbətlərində artıq qəbulda olduğunu iddia edib və müvafiq sərəncamı gözlədiyini bildirib.
Qeyd edək ki, Fikrət Nəbiyev keçmiş təhsil naziri Misir Mərdanovun xalası oğlu Allahverdi Dəmirovun yaxın adamı kimi tanınıb. M.Mərdanovun təhsil naziri işlədiyi dövrdə nazirliyin Əsaslı Tikinti İdarəsinin rəisi işləmiş Allahverdi Dəmirovun kadr təyinatlarında Fikrət Nəbiyevin təqdimatlarının əsas rol oynadığı bildirilir. 
Onu da qeyd edək ki, 2016-cı ildə yaradılan Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsi hazırda boşdur. Agentliyin əvvəlki direktori Famil Mustafayev ötən ilin sentyabr ayında dövlət başçısının fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr müavini təyin olunub. Sədr vəzifələrinin icrası da ona tapşırılıb. Həmin vaxtdan  Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsi boşdur.