​Peruda avtobus qəzaya uğrayıb — 35 ölü, 20 yaralı var

Baxış sayı:
7054

Peruda avtobusun uçuruma yuvarlanması nəticəsində ölənlərin sayı 35-ə çatıb.
Muxalifet.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Peru DİN-dən açıqlama verilib.
Arekipa regionunun polis rəisi, general Valter Ortis, qəza nəticəsində daha 20 nəfərin yaralandığını bildirib. 
 
İlkin məlumata əsasən, avtobus idarəetmədən çıxıb və 200 metrlik uçurumdan Panamerikan şossesinə düşüb.
 
Qeyd edək ki, ölkə prezidenti Pedro Kuçinski həlak olanların ailələrinə başsağlığı verib.