​Pentaqonun Əfqanıstan planı AÇIQLANDI: 5 il ərzində...

Baxış sayı:
6277

ABŞ-ın Müdafiə Nazirliyinin (Pentaqon) Əfqanıstandakı iqtidarı Taliban və Kabil hökümətləri arasında bölüşdürmək üçün hazırlanan sülh planının bəzi detalları mediaya sızıb.
Muxalifet.az xarici mediaya istinadən xəbər verir ki, Avropa ölkələrinə təqdim edilən planda ABŞ əsgərlərinin 5 il ərzində Əfqanıstandan tamamilə çıxacağı qeyd edilib.
"Nyu-York Times" qəzetinin Amerika və Avropa rəsmilərinə istinadən verdiyi xəbərdə qeyd edilir ki, növbəti aylarda ABŞ-ın Əfqanıstandakı 14 minlik əsgərlərinin sayı 50 faiz azaldılacaq.
Bununla yanaşı, 8600 müttəfiq qüvvənin isə NATO rəhbərliyində Əfqanıstan ordusunda dərs keçəcəyi bildirilir. Əfqanıstanda qalan amerikalı əsgərlər ancaq terrorla mübarizədə iştirak edə biləcək. Plan hələ ki, müzakirə mərhələsindədir. Lakin Vaşinqton və Avropada böyük bir kütlənin bu planı dəstəklədiyi bildirilir.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dekabr ayında Əfqanıstan, İraq və Suriyanı nəzərdə tutaraq “nəticəsiz müharibələrdən” geri çəkiləcəklərini açıqlamışdı.