Pentaqondan “Suriya” açıqlaması: BAŞLADIQ

Baxış sayı:
8485

ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) Suriyadan bəzi avadanlıq və texnikaların çəkildiyini açıqlayıb. Adının açıqlanmasını istəməyən bir Pebtaqon rəsmisi, "Bəzi avadanlıq və texnikaların Suriyadan çəkilməyə başladığını təsdiqləyirəm" deyib. O, bəzi əməliyat qayğılarına görə, texnikaların hansı sahələrdən çəkildiyi haqda ətraflı danışmaqdan imtina edib. ABŞ-ın CNN televiziyası ABŞ Mərkəz Qüvvələri Komandanlığının (CENTCOM) çəkilmə əməliyyatında hansı gəmi və təyyarəldən istifadə ediləcəyini müəyyən etdiyini bildirib. Qeyd edək ki, Suriyadan çəkilmə prosesi ABŞ prezidenti Donald Trampın 19 dekabr 2018-ci il tarixli qərarından sonra başlayıb. Trampın qərarından sonra Cem Mattis müdafiə naziri vəzifəsindən istefa verdi. Müxalifət.az