​Pentaqon Trampın “Suriyadan geri çəkiləcəyik” sözlərini təkzib etdi

Baxış sayı:
5563

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Dana Uayt ABŞ prezidenti Donald Trampın ABŞ qüvvələrinin Suriyadan çıxarılması ilə bağlı iddialarını “dedi-qodu” adlandırıb.
Muxalifet.az xəbər verir ki, Uayt, bu açıqlamanı ABŞ Baş Qərargahının sözçüsü Kennet Makkeniz ilə təşkil etdiyi həftəlik mətbuat konfransında verib.
“Geri çəkilmə haqqında insanların dedi-qodularını eşitdim. Prezidentin “tezliklə” dediyini bilirəm. Çünki İŞİD-i məğlub etməkdə çox uğur qazandıq. Lakin İŞİD hələ də “yaşayır” və məqsədimiz onları tamailə məhv etməkdir. Həmişə dediyimiz kimi Suriyadakı vəzifəmiz İŞİD-i məğlub etməkdir. Bu, demək olar ki, bitmək üzrədir, amma tamamilə yox edilməyib”, - deyə, Dana Uayt sözlərinə əlavə edib.