​Pentaqon Çin smartfonlarının satışına QADAĞA QOYDU

Baxış sayı:
3406

ABŞ-ın bütün dünyadakı hərbi bazalarında Çinin “Huavey” və ZTE markalı smartfonlarının satışı qadağan edilib.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Deyv İstbern paylaşıb. Onun sözlərinə görə, Pentaqon bu addımı təhlükəsizlik məqsədilə atıb.
O, Çin smartfonlarının hərbi bazalarda satışına qadağanın 27 apreldə qoyulduğunu bildirib. Bununla belə, Pentaqon hərbçilərin bu smartfonların istifadəsinə hələlik heç bir qadağa qoymayıb. Hərbçilərə sadəcə bu telefonlardan istifadə zamanı ehtiyatlı olmaq tapşırılıb.