Penitensiar Xidmət dustaqlar arasındakı dava ilə bağlı məlumat yaydı

Baxış sayı:
8284

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti 2 saylı cəzaçəkmə müəssisəsində baş vermiş hadisə ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov açıqlamasında bildirib ki, hadisə mart ayının əvvəlində baş verib:
"2 saylı cəzaçəkmə müəssisəsində 6 nəfər yox, 3 nəfər məhkum arasında məişət zəmnində münaqişə baş verib. Həmin şəxslər müəssisə rəhbərinin qərarı ilə cərimə təcridxanasına keçirilib. Hadisə nəticəsində xəsarət alanların olması və xəstəxanaya yerləşdirilməsi barədə yayılan məlumatlar əsassızdır".