​Paytaxtda yaşayış binasında yanğın - XƏSARƏT ALAN VAR

Baxış sayı:
3369

Paytaxtda yaşayış binasında yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib.
Muxalifət.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonu beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 40 kv.m olan 2 otaqlı mənzilin 1 otağında 6 kv.m sahədə ev əşyaları yanıb.
Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyatı üzrə təhvil verilib.
Mənzilin qalan hissəsi yanğından mühfizə olunub. Yanğın söndürülüb.