Paytaxtda 56 yaşlı kişi ölü tapılıb

Hadisə Nəsimi rayonunda qeydə alınıb
 
Axşam saatlarında Bakının Nəsimi rayonunda 1 nəfərin meyiti tapılıb.
Bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.
Məlumata görə, Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1961-ci il təvəllüdlü Həbibov İzzətulla Qəzənfər oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.