Paşinyanın təxribatçı selfisi İrandakı azərbaycanlıların etirazına səbəb oldu - Foto

Baxış sayı:
4573

Bu ilin 27-28 fevral tarixlərində Ermənistanın baş naziri Nikol Paşinyanın İran İslam Respublikasına səfəri yerli erməni icması üçün çətinliklər yaratdı, baxmayaraq ki, həm İran erməniləri, həm də qonşu ölkənin hökumət başçısı bu görüşdən məmnun idilər.

Virtualaz.org-un məlumatına görə, EADaily bu gün yazıb ki, çətinliklər Paşinyanın İrana səfəri zamanı etdiyi bir "diqqətsiz selfie"dən sonra ortaya çıxıb.

“Ararat” Tehran İdman və Mədəniyyət Birliyində İran erməniləri ilə görüşdən cuşa gələn baş nazir selfi çəkdi və dərhal da sosial şəbəkələrdə yayımladı. Hökumət başçısı Paşinyan arxasında divara yapışdırılmış "Artsax (Dağlıq Qarabağ - red.) – bu, Ermənistandır və nöqtə!" qeydinin yazıldığı plakatın fonunda obyektivə düşdü.

İran azərbaycanlıları da dərhal sosial şəbəkələrdə Paşinyanın selfisini yaydılar, bu da ciddi müzakirə mövzusuna çevrildi və İranda anti-erməni əhval-ruhiyyəsinin artması üçün zəmin oldu. Nəticədə, "məxməri inqilab" liderinin İrana səfərindən sonra oradakı ermənilərinin həyatı və işi yerli xüsusi xidmət orqanlarının ciddi nəzarəti altına keçdi”,- deyə şərhçilərə istinadən məqalədə qeyd olunub.

Nəşr yazır ki, indi İranın erməni icmasının nümayəndələri hər hansı bir tədbiri təşkil etməzdən əvvəl İslam Respublikasının müvafiq dövlət xidmətlərini onun proqramı ilə ətraflı tanış etməlidirlər və həmin tədbir yalnız təqdim olunmuş gündəliyin təsdiqlənməsindən sonra keçirilə bilər. Bu, əsasən Təbrizdə, Urmiyada və İranın şimalındakı ətraf şəhərlərdə, harada ki, əsasən azərbaycanlılar yaşayırlar, daha kəskin hiss olunur.

Məsələn, iyulun 24-də İranın Şərqi Azərbaycan əyalətində yerləşən Müqəddəs Stepanos adlı erməni kilsəsində qonaqların dəvət olunduğu bir mərasim- liturgiya keçirilməli idi. Bu barədə İran İslam Respublikası xüsusi xidmət orqanlarının nümayəndələrinə, hansılar ki, qarşıdakı tədbirlə əlaqədar hamını diqqətlə sorğu-sual etmişdilər, məlumat verilmişdi. Tədbirin təşkilatçıları öz planlarını yalnız bundan sonra həyata keçirmək imkanı əldə etdilər.