​Paşinyanın məxfi planı: Parlament çevrilişi hazırlanır

Baxış sayı:
3418

Ermənistan Baş naziri Nikol Paşinyan noyabr-dekabr aylarında növbədənkənar parlament seçkisi keçirmək istəyir.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı “Jamanak” qəzeti yayıb.
“Paşinyan baş düşür ki, növbədənkənar seçkini yaza qədər təxirə salsa, o zaman onun reytinqi əhəmiyyətli dərəcədə aşağı düşəcək. Paşinyan anlayır ki, Konstitusiya dəyişikliklərini həyata keçirə bilməyəcək. Ona görə ki, parlament bu dəyişikliklərə səs verməyəcək. Yeni parlamentin formalaşması üçün yeganə imkan onun istefasıdır. Parlamentdəki əksəriyyəti təşkil edən Respublikaçılar Partiyasının baş nazir vəzifəsinə namizəd irəli sürə bilməməsi üçün Paşinyan yeni mitinqlər təşkil edib, parlament binasını mühasirəyə almaq niyyətindədir. Bununla o, iki həftə ərzində parlamenti növbədənkənar seçki keçirməsi üçün iclas çağırmağa məcbur etmək istəyir”, – deyə məqalədə bildirilib.