Paşinyanın Ermənistanda çevriliş xofu

Baxış sayı:
3511

“Bəzi siyasi qüvvələr özlərini inqilabın müdafiəçiləri kimi təqdim edərək, Ermənistanın Respublikaçılar Partiyası ilə gizli sövdələşməyə gedərək, inqilabı ifalsa uğratmağa çalışırlar”.
 
Avropa.info xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Mənim addımım” blokunun mitinqində çıxış edərkən deyib.
Onun sözlərinə görə, onlar parlamentdəki həmin qüvvələrdir ki, restoranlarda Respublikaçı Partiyanın nümayəndələri ilə danışıqlar apararaq, zamanında öz resurslarından istifadə etməklə seçkidə saxtakarlıq edərək, onları müdafiə etdiklərinə inandırmağa çalışırlar.
“Seçkilərdə qalib gələcəkləri təqdirdə elə edəcəklər ki, növbədənkənar seçkilər baş tutmasın və respublikaçılar daha bir neçə il deputat mandatı qoruyub saxlaya bilsinlər”- deyən, Paşinyan əlavə edib ki, burada söhbət inqilabın qələbəsindən sonra prosesə qoşulub, inqilabı müdafiə edən qüvvələrdən gedir.
“İnqilabdan sonra, bu qüvvələr özlərini qızğın inqilabçılar elan etdilər. Lakin qələbəyədək onlar inqilabın əleyhinə çıxaraq, Serj Sarkisyanın yaxşı baş nazir olduğunu və bizləri ölkədə sabitliyi pozmaqda ittiham edirdilər. Deyirdilər ki, sabitliyi pozmaq lazım deyil. İndi isə onlar respublikaçılarla danışıqlar aparırlar” – Paşinyan bildirib.
O deyib ki, bu qüvvələr öz məqsədlərinə çatmayacaq və onları məğlubiyyət gözləyir.