​Paşinyanın arvadı prezident mülkünə köçür - İnqilabın GERÇƏK ÜZÜ

Baxış sayı:
6250

“Ermənistanda inqilabdan sonra bu inqilabı edənlər və onların qohumları öz yuvalarını təchiz etməyə başladılar”.
Muxalifet.az publika.az-a istinaden xəbər verir ki, bu barədə erməni şərhçi Samvel Ohanesyan deyib.
Onun sözlərinə görə, inqilabın rəhbəri Nikol Paşinyanın arvadı Anna Akopyan keçmiş prezidentin evinə yerləşməyə hazırlaşır.
“Bundan əvvəl Anna Akopyanın helikopteri qonşuları narahat edirdi. Bu xəbər yenidən unudulmuşdu ki, Paşinyanın arvadının keçmiş prezidentin dəbdəbəli evinə köçməyə hazırlaşdığı haqqında xəbər yayıldı. Bu ev Maştosa 47 ünvanında yerləşir. Burada xüsusi qeydi etməliyik ki, Akopyan baş nazirin yox, baş nazir vəzifələrini müvəqqəti icra edən şəxsin həyat yoldaşıdır. Yəni mümkündür ki, Nikol Paşinyan seçkinin nəticəsindən sonra baş nazir olmaya bilər, lakin onun həyat yoldaşı indidən özünün rahat yaşayışını təmin etməyə girişib. Bu, Paşinyanın “xalq” obarı ilə heç uyğun deyil. Məsələn, o ictimai nəqliyyatda bukletlər paylayır, sadə ermənilərin qapılarını döyür”, - deyə o qeyd edib.
Erməni şərhçi əlavə edir ki, Paşinyanın qay;nı Qraçi Akopyan onun seçki kampaniyasına qoşulub: “Akopyan əvvəlki oliqarxiyanın sütunlarından olan Samvel Aleksanyanla yaxın idi. Baş nazirin müavini Tiqran Avinyan keçmiş hakimiyyətin nümayəndələri ilə əməkdaşlıq edir. Həyəcanlı xəbərlərdən biri Loridən gəldi. Hakimiyyət narahatdır ki, orada lazımi səsləri ala bilməyəcək. Buna görə də Loridəki polislərin sayını ikiqat artırıb. “Biz” blokunun lideri Xaçatur Kokobelyan bildirir ki, Ermənistanda inhisarçılıq davam edir. Nə baş verir? Doğrudanmı yeni hakimiyyət əvvəlki oliqarxiyanın metodları ilə hərəkət edir? Görünən budur ki, Paşinyan və komandası özlərini demokratik ölkənin rəhbərliyi kimi aparmır”.