​Paşinyandan Qarabağla danışıqları ilə bağlı - Açıqlama

Baxış sayı:
2875

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin bərpası üçün müəyyən hazırlıq mərhələsi lazım gələ bilər.
Bunu şənbə günü jurnalistlərə müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Biz artıq bəyan etmişik ki, hadisələrin istənilən inkişaf ssenarisinə, o cümlədən (Qarabağ üzrə – red.) danışıqların bərpasına hazırıq, lakin düşünürəm ki, hamı başa düşür ki, danışıqlar prosesi üçün, xüsusilə də hazırkı siyasi şəraitdə müəyyən hazırlıq mərhələsi lazımdır, müəyyən zəmin yaranmalıdır", - deyə o bildirib.