“Paşinyandan mən xahiş etdim ki, müharibəni dayandıraq, yoxsa...” - Araik Arutyunyan

Baxış sayı:
1083

Qarabağdakı qondarma rejimin rəhbəri Araik Arutyunyan Xankəndində qondarma “parlamentin” fraksiya rəhbərləri ilə görüşərək noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair təslimçi razılaşmaya niyə getdiklərini açıqlayıb. Arutyunyan özü bu toplantı haqda Facebook-dan bildirib.

“Mən bir daha təsdiqlədim ki, Ermənistan baş nazirinə hərbi əməliyyatların dayandırılması üşün səylər göstərmək barədə mən özüm müraciət etmişdim. Bu qərar hərbi vəziyyət nəzərə alınmaqla verilmişdi, çünki silahlı qüvvələrin komandanlığı belə zərurətdə israr edirdi”,-Arutyunyan deyib.

Onun sözlərinə görə, erməni tərəfinin “müəyyən ciddi problemləri” yaranmışdı və belə vəziyyətdə müharibənin davam etdirilməsi daha çox insan itkilərinə, o cümlədən Xankəndinin itirilməsinə, digər şəhər və rayonların, kəndlərin, oradakı hərbçilərin mühasirəyə düşməsinə gətirib çıxaracaqdı./Virtualaz.org