​Paşinyandan gözlənilməz ADDIM: "Belə bir təklif olsa..."

Baxış sayı:
4363

Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyətə gəldikdən bəri qarşıdurmalar yaşadığı "Daşnaksütyun" partiyası ilə əməkdaşlıq edə bilər.
Bu iddia Ermənistan mətbuatında yer alıb.
Xəbərə görə, Nikol Paşinyan partiyanın üzvü və sabiq iqtisadiyyat naziri Artyom Minasyana öz hökumətində vəzifə vermək niyyətindədir. Qəzet bildirir ki, Paşinyan Minasyanın peşəkar təcrübəsini nəzərə alaraq bu addımı atacaq. Bundan başqa, belə bir qərar baş nazirin əməkdaşlığa hazır olduğuna dair açıqlamasına uyğunlaşır.
Sabiq nazir isə verdiyi müsahibələrdə belə bir söhbət eşitmədiyini və Paşinyandan təklif almadığını söyləyib. "Ancaq bir təklif olsa belə, qəbul etməyəcəyəm, onun siyasi mövqeyi ilə razı deyiləm, çünki mən yalnız bir fiqur olacağım bir hökumətdə yer almaq istəmirəm", - Minasyan deyib.
Qeyd edək ki, Artyom Minasyan "Məxməri inqilab"dan sonra Ermənistanın iqtisadiyyat naziri olub./Publika