PAŞİNYAN TƏRƏFDARLARI İRƏVANDA BÜTÜN YOLLARI BAĞLADI - Canlı

Baxış sayı:
4900

İrəvanda etirazlar yenidən başlayıb.
Muxalifet.az xəbər verir ki, etirazçılar səhər saatlarından etibarən küçələrə çıxıblar. Onlar paytaxt yollarını bağlayırlar.
Artıq İrəvanın hava limanına gedən yol qapadılıb. Hava limanı istiqamətində böyük tıxac yaranıb.
Qeyd edək ki, Paşinyan dünən baş nazir seçkisində üzləşdiyi maneədən sonra xalqı bütün Ermənistan ərazisində itaətsizliyə çağırmışdı.
İrəvanın hava limanına gedən yol, həmçinin şəhərin bütün giriş-çıxışları etirazçılar tərəfindən bloklanıb.