Paşinyan Sərkisyanın adamlarına yüksək vəzifə verir – Şok

Baxış sayı:
2260

İrəvan xaricdəki diplomatik korpusunda genişmiqyaslı dəyişikliklərə start verib.

Muxalifet.az xəbər verir ki, “Qraparak” qəzeti əksər diplomatın öz iş yerini itirəcəyini yazıb.

Belə ki, ilk dəyişiklik Ermənistanın Vatikandakı səfiri ilə bağlı olacaq. Bu vəzifəyə Xarici İşlər nazirinin müavini Karen Nazaryan göndəriləcək. Nazirin digər müavini Aşot Ovakimyan isə Çexiyaya səfir təyin ediləcək.

Daha bir məqam isə XİN-in mətbuat katibi Tiqran Balayanla bağlıdır. O, Ermənistan səfiri kimi Niderlanda göndəriləcək. Niderlanddakı hazırkı səfir Qaragen Melkonyan isə ümumiyyətlə, diplomatik korpusdan qovulacaq.

Ən maraqlı dəyişiklik ABŞ-la bağlıdır. Belə ki, ABŞ-a yeni səfir kimi Serj Sərkisyanın köməkçisi Varujan Nersisyan göndəriləcək. ABŞ-dakı hazırkı səfir - Sərkisyanın dostu olan iş adamı Barseq Beqlaryanın qohumu Qriqor Ohanesyan isə xarici işlər nazirinə müavin gətiriləcək.

Bundan başqa Ermənistanın MDB-dəki bütün səfirləri də vəzifələrindən azad ediləcək.

Qeyd edək ki, hazırda Ermənistanın Vatikandakı səfiri olan Mikayıl Minasyan Ermənistanın eks-prezidenti Serj Sərkisyanın kürəkənidir.