Paşinyan Sarkisyanın adamını nazir təyin edir

Baxış sayı:
4366

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin sabiq prezidenti, apreldə keçirilən etiraz aksiyaları nəticəsində istefa verən Serj Sarkisyanın silahdaşı olmuş deputat Feliks Çolakyanı Ermənistanın fövqəladə hallar naziri təyin etmək qərarına gəlib.
Bu barədə Çolakyanın özü erməni KİV-lərinə açıqlamasında bildirib.
“Bəli, mən fövqəladə hallar naziri olmaqla bağlı təklif aldım və həmin təklifi qəbul etmişəm”, – deyə Feliks vurğulayıb.
Qeyd edək ki, əvvəllər Respublikaçılar partiyasının üzvü olan Çolakyan 1 maydakı parlament səsverməsi zamanı mövqeyini dəyişrək Paşinyanın lehinə səs verdikdən sonra partiya sıralarının tərk edib. 
Paşinyan 2 oktyabrda "Daşnaksütun" və "Çiçəklənən Ermənistan" partiyalarının təmsilçiləri olan 6 naziri, o cümlədən də fövqəladə hallar naziri Qraçya Rostomyanı istefaya göndərib.