​ “Paşinyan Qarabağı Azərbaycana satacaq...” – Ermənistan TƏŞVİŞDƏ

Baxış sayı:
8356

Paşinyanın İlham Əliyevlə görüşmək istəyi erməni milliyətçiləri özündən çıxarıb
Azərbaycan prezidenti İlham Əliyev ilə Ermənistan baş naziri Nikol Paşinyanın Düşənbədəki qısa görüşü erməni milliyətçiləri təşvişə salıb. "Orada nədənsə razılaşamaq üçün hazırlıqsız görüş idi". Bu gün Paşinyan komandasının bir çox üzvi belə deyir.
"Baş nazir sona qədər baş verənlərin məğzini anlamayıb. Belə getsə Paşinyan Qarabağı Azərbaycana satacaq. Bakıya heç bir cəhdlə inanmaq olmaz". Erməni ekspert və politolqlar belə deyirlər.
Onlardan biri, İrəvanda həddindən artıq "patrieotluğu" ilə bilinən Qrant Melikşahnazaryan Paşinyanın İ.Əliyevlə görüşü ilə bağlı onunla məsləhətləşməməsindən çox hiddətlənib. Onun fikrincə, baş nazir Azərbayacan prezidenti ilə görüşdə detalları tuta bilməyib. 
Başqa bir ekspert, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Karen Veronyan isə görüş faktının özünü müsbət hesab edir. Amma bildirir ki, strateji nöqteyi nəzərdən Azərbaycanın hərbi siyasi rəhbərliyin fikrində münaqişə bağlı irəliləyiş yoxdur. Politoloqun fikrincə, Bakı müharibəyə hazırlaşamağa davam edir.
Ümumiyyətlə milliyətçilərin reaksiyası aydırdır. Amma erməni mətbuatının məlumatına görə, sadə insanlar Əliyev Paşinyan görüşünü çox müsbət qarşılayıblar.
Qeyd etmək lazımdır ki, Ermənstanda hakimiyyətə yeni baş nazir gələndən sonra Azərbaycan rəhbərliyi dəfələrlə Paşinyanın münaqişənin həllinə Sarkisyanın quldur dəstəki kimi deyil, daha fərqli yanaşaacağına ümidvar olduğunu bildirib.
Xastırladaq ki, bu görüş Ermənistan baş nazirinin təşəbbüsü ilə baş tutub. Görünür baş nazirin Azərbaycana qarşı müharibə elan etmək yox, danışıqları bərpa etmək istəyi oyanıb. 2016-ı ildəki dörd günlük müharibənin nəticələrini Ermənistanda hələ uzun müddət xatırlayacaq.