Paşinyan Qarabağ bəyanatları ilə nəyə nail olmaq istəyir? – Rusiyalı ekspert üç hədəfi açıqladı

Baxış sayı:
5997

“Nikol Paşinyanın Xankəndidə mitinq keçirməsi və səsləndirdiyi şüarların üç hədəfi var”.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu barədə beynəlxalq münasibətlər üzrə rusiyalı ekspert Aleksey Fenenko deyib.

Onun sözlərinə görə, Paşinyan bu fikirlərlə “Qarabağ klanı”nın bir hissəsini öz tərəfində çəkmək istəyir.ii
“Bu, birinci hədəfdir. Çünki Qarabağda onun nüfuzu azdır, əksinə, “Qarabağ klanı”nın nüfuzu çoxdur və Paşinyan bunu parçalamaq istəyir.
İkinci hədəf millətçiləri öz tərəfinə çəkməkdir. Ermənistanda son 15 ildə ciddi radikallaşma gedib. Onlar Ağrı dağını, yaxud Cavaxetiyanı ələ keçirmək haqda danışırlar, erməni baş nazir də bu çıxışları ilə millətçilərin dəstəyini qazanmağa çalışır. Üçüncü hədəf Paşinyan davakar bəyanatları ilə Qərbdən dəstək almaq istəyir. Çünki son zamanlar, ABŞ-da, Fransada, yaxud Almaniyada Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmamasına çalışan təşkilatlar aktivləşib”, - Fenenko qeyd edib.